Masaüstü Firefox-un mövcud buraxılışlarında bütün səyyah tək bir əməliyyat sistemi prosesi içində işləyir. Yəni, səyyah araüzünü işlədən JavaScript (həmçinin "chrome code" olaraq da bilinir) veb saytlardaki kodlar (həmçinin "məzmun" ya da "veb məzmunu" olaraq da bilinir) ilə eyni prosesdə işləyir.
Firefox-un gələcək buraxılışları səyyah araüzünü məzmundan ayrı bir prosesdə işlədəcək. Bu arxitekturanın ilk mərhələsində bütün səyyah vərəqləri eyni prosesdə, səyyah araüzü isə ayrı bir prosesdə işləyəcək. Sonraki mərhələlərdə, biz birdən çox məzmun prosesi olmasını gözləyirik. Firefox-a multiprosesi gətirən layihə Electrolysis adlanır və bəzən e10s şəklində qısaldılır.
Normal veb saytlara Firefox multiproses təsir etməyəcək. Firefox üzərində işləyən insanlara və kodları birbaşa məzmunla əlaqədə olan Firefox əlavə tərtibatçılarına təsir edəcək.
Məzmuna birbaşa qoşulmaq əvəzinə, məzmuna qoşulmaq üçün chrome JavaScript mesaj idarəçisi istifadə etməlidir. Keçidi asanlaşdırmaq üçün biz Çarpaz Proses Obyekt Sarğılarını və əlavə tərtibatçıları üçün bəzi alətləri hazırlamışıq. Əgər siz bir əlavə tərtibatçısınızsa və necə təsir görəcəyinizi öyrənmək istəyirsinizsə multiprosesli Firefox ilə işləmə rəhbərinə baxın.
Multiprosesli Firefox hal-hazırda Nightly buraxılışlarında standart olaraq aktivdir.
- Texniki önbaxış
- Multiproseslərin Firefox-da necə reallaşdığının çox yüksək səviyyəli görünüşü.
- Sözlük
- Multiprosesli Firefox-da istifadə olunan terminlər haqqında mənbə.
- Mesaj idarəçisi
- Chrome və məzmun arasında əlaqə qurmaq üçün istifadə olunan obyektlər haqqında tam rəhbər.
- SDK-əsaslı əlavələr
- Mövcud əlavələrin Əlavə SDK ilə köçürülməsi.
- Hansı URLlər harda yüklənir
- chrome:, about:, file:, resource: - kimi URLlərin hansı prosesə yüklənməsi ilə bağlı kiçik rəhbər.
- Motivasiya
- Biz nəyə görə multiprosesli Firefox-u tövsiyyə edirik: performans, təhlükəsizlik və stabillik.
- Əlavə köçürmə rəhbəri
- Əgər bir əlavə tərtibatçısısınızsa, sizin təsir görüb-görmədiyinizi və kodunuzu necə yeniləməli olduğunuzu öyrənin.
- Çarpaz Proses Obyekt Sarğıları
- Çarpaz Proses Obyekt Sarğıları chrome code üçün məzmuna sinxron keçid verən bir keçid yardımçısıdır.
- Məzmun proseslərinin sazlanması
- Məzmun proseslərində işləyən kodun sazlanması, çərçivə və proses skriptləri də daxildir.
- Chrome skriptlərinin limitləri
- Bundan sonra chrome kodda işləməyəcək təcrübələr və onların bərpası.
- Çərçivə skriptlərinin limitləri
- Çərçivə skriptləri içində işləməyəcək təcrübələr və nə etməli olduğunuz haqqında məlumatlar.
Bizimlə əlaqə saxlayın
Layihə haqqında daha çox öyrənin, dəstək verin və ya suallarınızı soruşun.
- Electrolysis layihə səhifəsi: https://wiki.mozilla.org/Electrolysis
- IRC: irc.mozilla.org üzərində #e10s
- Poçt siyahısı: dev.tech.electrolysis